Image

Sabahdan Bakıda ödənişsiz avtobuslar işə başlayır

İyulun 23-26-də Bakıda keçiriləcək “Dream Fest” Beynəlxalq Musiqi Festivalının iştirakçılarının gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar ayrılıb.Bu barədə AYNA-dan məlumat verilib.

Belə ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 17:00-dan 19:30-a qədər “Koroğlu” metrostansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən “Sea Breeze”ə, saat 22:00 dan 00:00-dək isə geriyə daşınması ödənişsiz şəkildə təmin ediləcək.

Mənbə: anews.az

Xəbər lenti

Prezident fərman imzalayıb