21 yeni peşə məktəbinin tikintisinə növbəti ildən başlanılacaq
Azərbaycan 2027-ci ildən etibarən 21 yeni peşə təhsili müəssisəsinin tikintisinə başlayacaq. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib.
Onun sözlərinə görə, layihə 2026–2030-cu illəri əhatə edən inkişaf planı çərçivəsində həyata keçiriləcək və 2030-cu ilədək tikinti işlərinin sürətləndirilməsi nəzərdə tutulur.
Bayramlı deyib ki, hazırda 23 peşə təhsili müəssisəsi üzrə müzakirələr aparılır. Bu müəssisələrin hansı regionlarda inşa ediləcəyi ilə bağlı qərarlar hələ müzakirə mərhələsindədir.
Direktor bildirib ki, yeni təhsil müəssisələrinin yaradılması peşə təhsilinin əlçatanlığını artırmaq, regionlarda infrastrukturun gücləndirilməsi və əmək bazarının tələbatına uyğun kadr hazırlığını genişləndirmək məqsədi daşıyır.
Gülnar Nazimqızı
Mənbə: anews.az