Naxçıvan Televiziyasında rəhbər heyətdə dəyişiklik edilib
Naxçıvan Muxtar Respublikası "Televiziya və Radio Verilişləri" QSC-nin rəhbərliyində kadr dəyişiklikləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən, Xaliq Babayev QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.
Digər sərəncamla Vüsal Muradov QSC-nin İdarə Heyəti sədrinin müavini təyin olunub. Eyni zamanda, quruma yeni sədr təyin edilənədək İdarə Heyəti sədrinin səlahiyyətlərinin müvəqqəti icrası da Vüsal Muradova həvalə edilib.
Bununla yanaşı, növbəti sərəncamla İlhamə Novruzova da QSC-nin sədr müavini vəzifəsindən azad olunub.
Mənbə: anews.az