Image

Cəlilabadda 21 yaşlı gənc suvarma hovuzunda boğulub

Cəlilabad rayonunda 21 yaşlı gənc suvarma hovuzunda boğularaq ölüb.

İlkin məlumata görə, rayon sakini, 2005-ci il təvəllüdlü Kənan Mahmudlu sərinləmək məqsədilə suvarma hovuzuna daxil olub və suda batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Aparılan axtarışlar nəticəsində gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb