Image

Biləsuvarın 7 kəndində qazın verilişi müvəqqəti dayandırılacaq

Biləsuvar rayonunun yeddi kəndində iyulun 24-də planlı təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.

Məlumata görə, qazın verilişi saat 10:00-dan etibarən Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərini əhatə edəcək.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələrinin qaz təchizatı bərpa olunacaq.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb