"Türkiyənin Leonardo Di Kapriosu"nun YENİ GÖRÜNTÜLƏRİ - FOTO
Türkiyəli məşhur aktyor Arda Kural uzun müddətdən sonra ilk dəfə fotosunu paylaşıb. BAKU.WS xəbər verir ki, "Türkiyənin yerli Leonardo Di Kapriosu" adlanan Arda səhhətində xeyli problemlər yaşayırdı. O "Eyvah babam" serialı ilə məşhurlaşıb. Yaşadığı çətin və ağır günlərini geridə qoyan Arda sözügedən fotonu bir ildən sonra paylaşıb. Sonuncu dəfə o ötən ilin mayında başqa bir fotonu izləyiciləri ilə bölüşmüşdü. BAKU.WS
