Image

Xankəndidə kafe yanıb, işçilər xəsarət alıb

Xankəndi şəhərində kafedə yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən “Turan” kafesində qeydə alınıb.

Yanğın zamanı kafedə çalışan 1983-cü il təvəllüdlü Əsədova Zibeydə Bulud qızı və 1997-ci il təvəllüdlü Cəfərova Fidan Sücaət qızı yanıq xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

ABŞ-da zəlzələ olub