Nil çayının qədim qolu tapıldı - FOTO
Misirdə Nil çayının qədim qolu tapılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Giza piramida kompleksinin yaxınlığında böyük abidələrini tikməyə kömək edən Nil çayının qədim qolunun qalıqları aşkarlanıb.
Bu barədə “Communications Earth and Environment” jurnalında yeni məqalə dərc edilib. Misirdə piramidaların ən yüksək konsentrasiyası Giza ilə Lişt kəndi arasındakı səhra bölgəsindədir.
Bu yerlər indi Nildən bir neçə kilometrlərlə aralıdadır. Min illər ərzində Nil Misir sakinlərini qida və su ilə təmin edirdi. Ancaq çay dəyişkəndir, məsələn, son bir neçə yüz il ərzində Nil, tektonik səbəbdən şərqə bir neçə kilometr sürüşüb.
Giza və Lişt arasındakı ərazilərdə limanların qalıqları var, lakin itmiş su yollarının miqyasını və yerini müəyyən etmək çətin olub. Sadəcə peyk görüntülərində yeni tədqiqatın müəllifləri Nildən bir neçə kilometr qərbdə quru çay yatağına bənzəyən yerləri aşkar ediblər.
O, əkinçilik əraziləri boyunca təxminən 60 kilometr uzanır və müasir Nil çayı qədər dərin və geniş idi.
Tədqiqatçılar kanaldan çöküntü nümunələri toplayıblar.
BAKU.WS