Bakıda avtomobillər toqquşub, xəsarət alan var
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Abdullayev Ceyhun Arif oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws