Image

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Qəbələdə bir neçə gün davam edən leysan yağışları Nohur gölün daşmasına səbəb olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hazırda gölün səviyyəsində orta hesabla 1.5 metr və ya 2 metr kimi yüksəlmə müşahidə olunur.

Göldə su səviyyəsinin qalxması nəticəsində, gölün ətrafında olan istirahət komplekslərinə ziddi ziyan dəyib. Göl genişlənərək 180-200 metr irəliləyib.

Hazırda FHN-in Şimal Qərb Regional Mərkəzininn Xüsusi Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən gölün suyunun pompalanması istiqamətində işlər davam etdirilir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb