Kameron Diaz 10 ildən sonra bunu etdi - FOTO
Son 10 ildir heç bir filmdə çəkilməyən Kameron Diazdan xəbər var.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, çəkilişlərə bir müddət ara verən Diaz yenidən ekranalara qayıdıb.
Aktrisa "Back in Action" adlı filmdə çəkilib. Filmdə Kameron Ceymi Foxla tərəf müqabilidir.
Ekran işi noyabrın 15-dən etibarən bütün kinoteatrlarda nümayiş olunacaq. Filmdə casusluğu buraxan Emili və Mettin həyat hekayəsindən bəhs olunur.
Ekran işində Kayl Çendler, Endryu Skott, Ceymi Dimitryu və Qlen Klouz kimi aktyorlar da çəkiliblər.
Filmin rejissorluğunu Set Qordon edib. "Back in Action" Kameronun 10 il sonra filmə yenidən qayıdışı adlanır.
BAKU.WS

