Image

Türkiyə Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı bütün məlumatları İrana ötürüb

Türkiyə tərəfi İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı aparılan axtarış tədbirləri ilə bağlı bütün məlumatları İrana ötürüb.

BAKU.WS xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Ankara hadisə yerinə 32 alpinist, 6 texnika və gecəgörmə sistemi olan bir helikopter göndərib.

“Proses zamanı bütün məlumatlar dərhal İrana ötürülüb”, - deyə nəşr aydınlıq gətirib.

Xatırladaq ki, mayın 19-da İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb. Helikopterdə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Mələk Rəhməti və Təbrizin cümə imamı Məhəmməd Əli Ale Haşim də olub. 

BAKU.WS

Xəbər lenti

Faktiki hava açıqlanıb