9 dəqiqə alqışlanan Selena Qomez göz yaşlarını saxlaya bilmədi - FOTO
Məşhur müğənni Selena Qomezin filmi Kann Film Festivalında 9 dəqiqə boyunca alqışlanıb.
BAKU.WS xəbər verir ki, sənətçi indiyə qədər ən çox alqışı elə 77-ci dəfə təşkil edilən festivalda alıb.
Onun baş rolunda çəkildiyi "Emilia Pérez" filmi maraqla qarşılanıb. Həmin vaxt Selena göz yaşlarını saxlaya bilməyərək kövrəlib.
Filmin rejissoru Jak Odiarın çıxışından sonra da alqışlar bir neçə dəqiqə boyunca davam edib.
BAKU.WS

