Image

Azərbaycanda altı ayda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

Bu ilin yanvar-iyununda Azərbaycanda 23 mindən çox heyvan dişləməsi hadisəsi qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova məlumat verib.

Qurbanovanın sözlərinə görə, hesabat dövründə ümumilikdə 23 minə yaxın heyvan dişləməsi faktı qeydə alınıb. Onlardan 11 670-i məlum sahibli heyvanlar, əsasən it və pişiklər, 11 108-i isə naməlum heyvanlar, o cümlədən it, pişik və siçovullar tərəfindən törədilib.

O bildirib ki, qeydə alınan hadisələrin 85%-i it və pişiklərin payına düşür. Qalan hissəsini isə canavar, çaqqal, at, inək, kirpi və digər heyvanların hücumları təşkil edir.

Qurum rəsmisinin sözlərinə görə, heyvan dişləməsinə məruz qalan şəxslərin quduzluğa qarşı profilaktik peyvəndlə təminatı həyata keçirilir və hazırda ölkənin tibb müəssisələrində kifayət qədər antirabik vaksin ehtiyatı mövcuddur.

Mənbə: anews.az

Xəbər lenti