Image

Sabah bu ərazilərdə işıq kəsiləcək

İyulun 30-da Bakının bəzi ərazilərində elektrik şəbəkəsində planlı təmir və təftiş işləri aparılacaq.Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Şirkətin bildirdiyinə görə, işlər elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə həyata keçirilir.

Məlumata əsasən, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində saat 10:00-dan 13:00-dək İnşaatçılar prospekti və Nəriman Nərimanov prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xətai rayonunda isə cari təmir işləri ilə əlaqədar saat 09:00-dan 17:00-dək Xocalı prospekti, Natiq Əliyev, Fəzail Bayramov, İzzət Orucova, Ayaz İsmayılov və Mehdi Mehdizadə küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur. 

Mənbə: anews.az

Xəbər lenti