Image

Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə direktor müavini təyin olunub

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktorunun müavini vəzifəsinə təyinat olub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifə Cəbi Quliyevə həvalə olunub.

Qeyd edək ki, Cəbi Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb. O, həmçinin 7 saylı Ordubad-Culfa dairəsi üzrə Milli Məclisin deputatı (2020-2024-cü illər) olub.

Mənbə: anews.az

Xəbər lenti