Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Gəncə–Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21015" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 1979-cu il təvəllüdlü İlhamə Hüseynova, onun 2004-cü il təvəllüdlü qızı Xədicə Hüseynova, həmçinin "VAZ-21015" markalı avtomobilin sürücüsü Əli Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanalardan birinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az