Oğruların marağı dəyişib: İndi bağ evlərindən bunları aparırlar
Çox vaxt oğrular bağ evlərindən tikinti materialları və santexnika aparırlar.
Gundem.az xəbər verir ki, soyğunçuların bağ evlərindən ən çox oğurladığı əşyaların siyahısı Lenta.ru-da açıqlanıb.
Ekspertlər qeyd edib ki, son bir-iki ildə oğruların maraq dünyası dəyişib. "Əvvəllər daha çox metal oğurlayırdılarsa, indi daha tez-tez tikinti materialları oğurlayırlar. Bunu tikinti və təmir üçün materialların qiymətinin artması ilə izah etmək olar”, - deyə materialda bildirilir.
Mənbə: gundem.az