Image

Azərbaycan və Qırğızıstan müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıb

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin təsis edilməsini nəzərdə tutan müqavilə imzalanıb.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində imzalayıblar.

Tərəflər, həmçinin "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının 3-cü iclasının Qərarı" sənədini də imzalayıblar.

İmzalanma mərasimi Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası çərçivəsində baş tutub.

 

Mənbə: anews.az

Xəbər lenti