"Arzum 9999" adlı bloqerin məhkəməsi təxirə düşüb
Bakı Apellyasiya Məhkəməsi "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın məhkəməsi təxirə düşüb. Növbəti məhkəmə prosesi avqustun 7-nə təyin olunub.
Cinayət işinin materiallarına əsasən, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb.
İttihama görə, İlduzə Hacıyeva qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirli bilinib.
Mənbə: anews.az