Image

Bərdədə 79 yaşlı kişi kanala düşərək boğulub

Bərdə rayonunda ağac kəsərkən baş verən bədbəxt hadisə nəticəsində 79 yaşlı kişi həyatını itirib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, kənd sakini, 1947-ci il təvəllüdlü kişi ağac kəsdiyi zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. Nəticədə o, suda boğularaq ölüb.

Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti