Image

Altı ayda 249 vergi cinayət işi başlanıb, büdcəyə 28,4 milyon manat ödənilib

2026-cı ilin ilk yarısında Azərbaycanda vergi cinayətləri ilə bağlı 249 cinayət işi başlanılıb, 41 iş üzrə 46 nəfər haqqında ittiham aktı məhkəməyə göndərilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, aparılan istintaq tədbirləri nəticəsində dövlət büdcəsinə ümumilikdə 28,4 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib.

Bu məbləğin 15,7 milyon manatı istintaqı başa çatmış cinayət işləri, 12,7 milyon manatı isə istintaqı davam edən cinayət işləri və materiallar üzrə bərpa olunub.

Qurum həmçinin bildirib ki, hesabat dövründə əmək qanunvericiliyinə əməl olunmasına nəzarət çərçivəsində keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı 17 obyektdə 65 nəfərin əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edildiyi müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş vergi ödəyicilərinə ümumilikdə 130 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Mənbə: anews.az

Xəbər lenti