Image

Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul edib

Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin şərh olunması ilə bağlı müraciətini Plenumun icraatına qəbul edib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, məsələ Palatanın iclasında Konstitusiyanın 130-cu maddəsinin VI hissəsi və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə uyğun olaraq müzakirə edilib.

İclasın yekununda müraciətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilməsi barədə qərardad qəbul olunub.

Məlumata əsasən, müraciətə mahiyyəti üzrə sentyabrın 8-nə təyin edilmiş Plenum iclasında baxılacaq.

Mənbə: anews.az

Xəbər lenti