Image

Bloqer Hüseyn Həsənov pul vəsaitlərinin leqallaşdırılması işi üzrə 6 il müddətinə həbs oluna bilər

Rusiyada prokuror pul vəsaitlərinin leqallaşdırılması ittihamı üzrə qiyabi baxılan cinayət işi çərçivəsində bloqer Hüseyn Həsənovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə onun vəkili Mixail Yusupov "REN TV"yə bildirib.

İstintaqın iddiasına görə, Həsənov 170 milyon rubldan (təxminən 2,1 milyon ABŞ dolları) artıq məbləğdə vergidən yayınıb və daha sonra daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlamaqla həmin vəsaitin bir hissəsini leqallaşdırıb.

Həsənov ittihamları qəbul etmir. O, daha əvvəl sosial şəbəkədə vergi borcunu ödədiyini və məhkəmədə maraqlarını vəkillər komandasının təmsil etdiyini açıqlayıb.

Bloqer 2025-ci ilin yazında qiyabi həbs edilərək axtarışa verilib. İstintaqın məlumatına görə, o, həmin ilin fevralında Rusiyanı tərk edib. Yerli KİV-lərin məlumatına əsasən, Həsənovun Azərbaycan və ya BƏƏ-də olduğu ehtimal edilir.

Mənbə: anews.az

Xəbər lenti