Ağcabədidə su kanalına yıxılan şəxs xilas edilib
Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində vətəndaş kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.
Mənbə: anews.az