Image

Bakıda qadın qətlə yetirilib, oğlu saxlanılıb

Bakının Sabunçu qəsəbəsində qadın qətli baş verib, cinayəti törətməkdə şübhəli bilinən oğlu saxlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qəsəbədə yerləşən fərdi evlərin birində qeydə alınıb. 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqlanaraq qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Elvin Məmmədovu saxlayaraq istintaqa təhvil veriblər.

Qətlə yetirilən Sevinc Məmmədova "NIDA" Vətəndaş Hərəkatının üzvü olmuş və 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası, saxlanılan Elvin Məmmədov isə onun qardaşıdır. 

Mənbə: anews.az

Xəbər lenti