Kıvanç Tatlıtuğ Küveytdən gələn 12 milyonluq təklifi rədd etdi - FOTO
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ ona təklif edilən 12 milyon lirəni (təxminən 633 000 AZN) rədd edib.
BAKU.WS xəbər verir ki, onu Küveytə mağazalardan birinin açılışına dəvət ediblər. Aktyora 12 milyon lirə pul veriləcəyi və şəxsi təyyarə təşkil ediləcəyi bildirilib. Lakin Kıvanç təklifi rədd edib.
O bundan əvvəl Qətər, Səudiyyə Ərəbistanı və Dubaydan aldığı iş təkliflərini rədd etdmişdi.
Xatırladaq ki, Kıvançdan fərqli olaraq Burak Özçivit orta şərqdəki təkliflərə açıqdır. Belə ki, sözügedən ölkələrə tez-tez səfər edən aktyor bir müddət əvvəl orada 80 varlı qadınla yemək yemişdi.
BAKU.WS
