Naxçıvanın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Naxçıvan şəhərinin bəzi ərazilərində avqustun 3-də planlı yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi məlumat yayıb.
Məlumata görə, 35 kV-luq Xətai elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri səbəbindən 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan xətlər üzrə elektrik enerjisinin verilişi avqustun 3-də saat 05:00-dan 07:00-dək dayandırılacaq.
Fasilə Məktəb, Xətai Qəsəbə və Asfalt Zavod hava elektrik verilişi xətlərini əhatə edəcək. Nəticədə Naxçıvan şəhərinin 21, 22, 35, 36, 48, 49, 50 və 52-ci məhəllələrində, həmçinin Abbas Zamanov və Xətai küçələrində yerləşən abonentlər müvəqqəti olaraq elektriksiz qalacaqlar.
Qurum bildirib ki, yenidənqurma işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərə elektrik enerjisinin verilişi bərpa olunacaq.
Mənbə: anews.az