Sabah Abşeronda meteohəssas insanlar üçün əlverişli hava şəraiti gözlənilir
Milli Hidrometeorologiya Xidməti avqustun 3-ü üçün tibbi-meteoroloji proqnozu açıqlayıb.
Qurumdan verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü müşahidə olunacaq.
Bildirilib ki, gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
Mənbə: anews.az