Image

Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyevlə vida mərasimi KEÇİRİLİR

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Veysəl oğlu Əliyevin meyitinin qalıqları Tərtər rayonunun Kələntərli kəndinə gətirilib.

Gundem.az-ın report-a istinadən məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ədalət Veysəl oğlu Əliyev 1973-cü il sentyabrın 18-də Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. O, 1994-cü il yanvarın 27-də Kəlbəcər rayonunun Bozlu kəndi istiqamətində itkin düşüb.

Ə.Əliyev Tərtər rayonu ümumşəhər qəbiristanlığında dəfn olunacaq.

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb

"Brent" neft ucuzlaşıb