Image

Tovuzda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər xəsarət alıb

Tovuz rayonunda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində bir nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi rayonun Azaflı kəndində baş verib.

İlkin məlumata əsasən, "VAZ-2107" markalı avtomobil ehtiyatsızlıq nəticəsində qarşıda hərəkətdə olan "ZİL" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Sübhan Məmmədov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti