Image

FHN: Bir həftədə 861 yanğına müdaxilə edilib, 59 nəfər xilas olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ötən həftə ərzində 861 yanğın hadisəsinə müdaxilə edib, 59 nəfəri xilas edib.

Nazirlikdən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında ötən həftə 861 yanğın, 46 köməksiz vəziyyətdə qalma və 3 yol-nəqliyyat hadisəsi ilə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bildirilib ki, görülən təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ şəkildə söndürülüb, insanların həyatının xilas edilməsi təmin olunub.

Məlumata əsasən, həftə ərzində FHN qüvvələri tərəfindən 11-i azyaşlı olmaqla ümumilikdə 59 nəfər xilas edilib, 15 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hadisələr zamanı 7 nəfər tüstüdən zəhərlənib, 7 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Mənbə: anews.az

Xəbər lenti