Buzovnada dənizdə bir ailənin 3 övladı batıb - biri sağ qalıb
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə 3 nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən 1,3 kilometr aralıda, nəzarətsiz ərazidə baş verib. Məlumat daxil olduqdan sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar.
Axtarış-xilasetmə tədbirləri nəticəsində 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas edilərək ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.
2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar olunub.
Hazırda 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir. FHN onun dənizdə batdığını ehtimal edir.
Mənbə: anews.az