Image

Balakənin sabiq gömrük rəisinə cinayət işi açılıb

İki ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusifov barəsində cinayət işi başlanılıb. Bu barədə "Qafqazinfo" məlumat yayıb.

Məlumata görə, gömrük xidməti polkovnik-leytenantı vəzifə cinayətlərində ittiham olunur. Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İstintaq çərçivəsində Kamran Yusifov barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə saxtakarlığı) və digər maddələri ilə cinayət işi açılıb.

Bildirilir ki, istintaq zamanı sabiq idarə rəisinin əməlləri nəticəsində dövlətə və ya vətəndaşlara dəyən ziyanın həcmi və xarakteri müəyyən ediləcək.

Kamran Yusifov təxminən il yarım əvvəl Balakən Gömrük İdarəsinin rəisi təyin olunmuşdu. O, bu vəzifəyədək Mazımqara Gömrük Postunun rəisi kimi fəaliyyət göstərib.

Mənbə: anews.az

Xəbər lenti