Azərbaycan Pakistandakı mədən qəzası ilə bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində baş vermiş kömür mədəni qəzası ilə əlaqədar başsağlığı verib.Bu barədə nazirlik "X" sosial şəbəkəsində paylaşım edib.
XİN bildirib ki, qəza nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbəri dərin kədər hissi doğurub.
Mənbə: anews.az