Xırdalanda ər və arvad bir-birini bıçaqlayıb
Abşeron rayonunun Xırdalan şəhərində baş verən ailə münaqişəsi ölümlə nəticələnib.
İlkin məlumata görə, ər və arvad arasında yaşadıqları evdə yaranan mübahisə zamanı tərəflər bir-birinə bıçaqla xəsarətlər yetiriblər. Hadisə nəticəsində kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Sonradan hadisə ilə bağlı bəzi məqamlar dəqiqləşib. Məlum olub ki, Xırdalan şəhər sakini olan kişi əvvəlcə həyat yoldaşına bıçaqla xəsarət yetirib, daha sonra özünə də xəsarətlər endirib. Kişi hadisə yerində ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin daha sonra qadın da xəstəxanada vəfat edib.
Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Mənbə: anews.az