Image

Ələtdə 15 yaşlı yeniyetmə dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir

Mənbə: anews.az

Xəbər lenti

Hövsanda su kəsiləcək