Image

Cəmi 11 ay baş həkim vəzifəsini icra etdi

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuridə Məmmədova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

Nuridə Məmmədova 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran Perinatal Mərkəzinin rəhbəri, 2025-ci ildə isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

O, 2025-ci ilin sentyabr ayında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi. Beləliklə, Məmmədovanın direktor vəzifəsində fəaliyyəti təxminən 11 ay davam edib.

Mənbə: anews.az

Xəbər lenti

İmişlidə zəlzələ olub