Image

MİDA Lənkəran, Şirvan və Yevlaxda 535 güzəştli mənzili satışa çıxarır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində yerləşən yaşayış komplekslərində güzəştli mənzillərin satışını elan edir.

Agentliyin yaydığı rəsmi məlumata görə, sentyabrın 4-də saat 11:00-dan 16:00-dək ümumilikdə 535 mənzil satışa çıxarılacaq. Bunlardan 1-i Lənkəran Yaşayış Kompleksində, 528-i Şirvan Yaşayış Kompleksində, 6-sı isə Yevlax Yaşayış Kompleksində yerləşir.

Mənzillərin əldə edilməsi elektron qaydada "E-hökumət" İnformasiya Sisteminə inteqrasiya olunmuş "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçiriləcək. Seçim hüququndan yalnız sistemdə elektron kabinetə sahib olan vətəndaşlar yararlana biləcəklər. Qeydiyyat tarixi və sıra nömrəsi mənzil seçimi ardıcıllığına təsir göstərmir.

Satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, fərdi istilik sistemi, həmçinin su, qaz və elektrik sayğacları ilə təmin olunmuş vəziyyətdə təqdim edilir.

Agentlikdən bildirilib ki, yaşayış kompleksləri dövlət tikinti normalarına uyğun inşa edilib, dövlət ekspertizasının müsbət rəyini alıb və bütün mənzillər üzrə mülkiyyət hüququnun qeydiyyatına dair çıxarışlar ("kupça") rəsmiləşdirilib.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

İmişlidə zəlzələ olub