Image

Paytaxt və bəzi rayonlarda elektrik enerjisi olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 4-də Bakıda Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Eləcə də bir sıra rayonlarda müxtəlif gərginlikli hava elektrik verilişi xətlərində təmir və ağac budanması işləri həyata keçiriləcək.

"Azərişıq"dan  verilən məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar Qaryağdıoğlu, Salatın Əsgərova, Murtuza Muxtarov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Mənbə: anews.az

Xəbər lenti

İmişlidə zəlzələ olub