Image

Avqustun 15-dən bəzi sərnişinlər üçün sonuncu dayanacaq Nizami metrosu olacaq

"Bakı Metropoliteni" QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-də start veriləcək. Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi, görüləcək işlər, tikinti müddətində ictimai nəqliyyatın fəaliyyətinin necə tənzimlənəcəyi, eləcə də xətlərin ayrılmasının sərnişinlər üçün yaradacağı üstünlüklərlə bağlı ətraflı məlumat videotəqdimatda əks olunub.

"Bakı Metropoliteni" vurğulayıb ki, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi paytaxt metrosunun gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Mənbə: anews.az

Xəbər lenti

Şahbuzda zəlzələ olub

İmişlidə zəlzələ olub