Image

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Sabahdan etibarən 16 gün ərzində Samux, Şəmkir və Qazax rayonlarının bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti məhdudiyyətlər yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə bağlı avqustun 5-i saat 18:00-dan avqustun 20-də qədər işlər başa çatanadək Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələrinin, Yenikənd, Köbər, Qədili, Seyidlər, Sarıqamış kəndlərinin, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələrinin, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı, Bayramlı kəndlərinin, Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli, Yuxarı Salahlı kəndlərinin qaz təchizatı dayandırılacaq.

İşlər başa çatdıqdan sonra qaz təchizatının texnoloji rejimlərə uyğun bərpa olunması planlaşdırılır.

Mənbə: anews.az

Xəbər lenti

Şahbuzda zəlzələ olub