Image

Rusiyada məhkəmə Hüseyn Həsənovu qiyabi olaraq 4 il azadlıqdan məhrum edib

Moskvanın Presnenski Rayon Məhkəməsi azərbaycanlı bloger Hüseyn Həsənov barəsində qiyabi hökm çıxarıb.

"Vedomosti" xəbər verir ki, məhkəmə blogeri çirkli pulların yuyulmasında təqsirli bilərək onu qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib. Hökmə əsasən, H.Həsənov 1 milyon rubl cərimələnib, ona 2 il müddətinə sosial şəbəkə kanallarını idarə etmək qadağan olunub və Moskva-Sitidə yerləşən mənzili müsadirə edilib.

Xaricdə olduğu üçün beynəlxalq axtarışa verilən H.Həsənov ittihamları rədd edib. İstintaqın versiyasına görə, o, 2019–2021-ci illərdə 170 milyon rubldan çox vergidən yayınıb və Moskva-Sitidəki 68 milyon rublluq mənzilinin alqı-satqısı zamanı leqallaşdırma sxemindən istifadə edib. Prokurorluq bloger üçün 6 il azadlıqdan məhrum etmə və 155 milyon rubl cərimə cəzası tələb etmişdi.

Mənbə: anews.az

Xəbər lenti