"Google" Azərbaycanda axtarış sistemləri bazarının 98,4%-nə nəzarət edir
2026-cı ilin iyul ayında "Google" Azərbaycanda axtarış sistemləri bazarında lider mövqeyini qoruyub. Şirkətin bazar payı 98,41% təşkil edib.
"Global Stats" Statistika Mərkəzinin məlumatına görə, iyul ayında "Google"un Azərbaycanda bütün platformalar (kompüter, mobil cihaz və planşetlər) üzrə bazar payı 98,41% olub. Bu, iyun ayı ilə müqayisədə 0,1 faiz bəndi azdır.
İkinci yerdə bazar payını 0,18 faiz bəndi artıraraq 0,96%-ə çatdıran "Yandex" qərarlaşıb. "Bing"in payı isə 0,09 faiz bəndi azalaraq 0,51%-ə düşüb. Dördüncü yerdə bazar payı dəyişməyən "DuckDuckGo", beşinci yerdə isə payı 0,04%-ə enən "Yahoo!" yer alıb.
"Global Stats"ın məlumatına əsasən, "Google" 2026-cı ilin iyulunda qlobal axtarış sistemləri bazarında da liderliyini qoruyub. Onu "Bing" və "Yandex" izləyir.
Şirkətin rəsmi məlumatına görə, iyun ayında təqdim olunan əsas yeniliklər arasında real vaxt nitq tərcüməsini dəstəkləyən Gemini 3.5 Live Translate, Android 17-nin yeni funksiyaları və Gemini əsasında işləyən yeni Google Home Speaker yer alıb. Şirkət həmçinin lokal süni intellekt modellərini və biznes, təhsil, eləcə də developerlər üçün AI alətlərini genişləndirməyə davam etdiyini bildirib.
Mənbə: anews.az