Can Yaman dubaylı ailənin 1 milyonluq təklifini rədd etdi - FOTO
Məşhur aktyor Can Yaman yeni xəbərlə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, son zamanlar xüsusilə də İtaliyada məşhurlaşan aktyor ona edilən 1 milyon lirəlik təklifi rədd edib.
Belə ki, Dubayda yaşayan varlı ailələrdən bir Cana onlarla bir dəfə yemək qarşılığında 1 milyon dollar təklif edib. Lakin o bu təklifi geri çevirib və bir daha onu narahat etməmələrini tapşırıb.
Xatırladaq ki, Can Yaman "İnadına Aşk", "Dolunay", "Bay Yanlış", "Erkenci Kuş", "Hangimiz sevmedik" kimi reytinqli ekran işlərində rol alıb.
BAKU.WS
