Bakıda ticarət mərkəzində lift təmir edən usta yıxılaraq ölüb
Bakıda ticarət mərkəzində lift təmir edən usta yıxılaraq xəsarət alıb.
Hadisə avqustun 5-də Q.Qarayev prospekti 105-də yerləşən Laçın ticarət mərkəzində baş verib.
Lift ustası Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Namiq Məmmədov lifti təmir edərkən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş N.Məmmədov orada ölüb.
Araşdırma aparılır.
Mənbə: anews.az