Hacıqabulda avtomobil beton arakəsməyə çırpıldı, bir nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Kəlbəcər rayon sakini Əli Süleyman oğlu Həsənovun idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Avtomobildə olan sərnişin, Salyan rayonunun Kolanı kənd sakini, 1961-ci il təvəllüdlü Aydın Əmrah oğlu Allahyarov ağır xəsarət alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az