Image

Göygöldə motosikletlə avtomobil toqquşdu, kuryer xəsarət aldı

 

Göygöl rayonunda motosikletlə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə rayonun Qızılca kəndi ərazisində baş verib.

İlkin məlumata görə, 2003-cü il təvəllüdlü Nicat Məmmədovun idarə etdiyi motosiklet "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində motosikleti idarə edən kuryer xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti