Image

Metrodan istifadə edənlərin sayı açıqlanıb

Bu ilin iyul ayında sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, ötən ilin iyul ayı ilə müqayisədə 10,31 % çox sərnişin daşınıb.

“Koroğlu” stansiyası 1 630 048 sərnişinə xidmət göstərərək ayın lideri olub. Qeyd edək ki, ayın ən çox sərnişin daşınan günü − 1 iyulda metrodan 649 974 nəfər istifadə edib.

NFC və QR bilet vasitəsilə ümumilikdə 8 567 107 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 %-ni təşkil edib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb