Aytən Abdullayevaya yeni vəzifə verilib
Qarabağ Universitetinin sabiq İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Abdullayeva yeni vəzifəyə təyin olunub.
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Aytən Abdullayeva bundan sonra fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzində İctimaiyyətlə iş şöbəsinin rəhbəri – mətbuat katibi vəzifəsində davam etdirəcək.
"Bu gündən etibarən fəaliyyətimə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzində İctimaiyyətlə iş şöbəsinin rəhbəri – mətbuat katibi kimi davam edəcəyəm", – Aytən Abdullayeva paylaşımında bildirib.
Aytac Zeynalova
Mənbə: anews.az